Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:51

Sabahdan şikayətlərlə bağlı TQDK-nın komissiyaları işə başlayır


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Apellyasiya komissiyaları təşkil edib. Komissiyalar iyulun 28-dən 30-a qədər fəaliyyət göstərəcək.

Komissiyalar saat 10:00-dan 17:00-ə qədər bu məntəqələrdə - I və IV qruplar üzrə Bakı Qızlar Universitetində, II və III qruplar üzrə Bədən Tərbiyəsi və İdman Akademiyasında, rus bölməsinin bütün ixtisas qrupları üzrə isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında fəaliyyət göstərəcək.

Komissiyanın məlumatına görə, ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi və imtahanın keçirilməsi qaydalarının abituriyent tərəfindən pozulması halları ilə bağlı müraciətlərə baxılmayacaq. Abituriyentlər Apellyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə şəxsən müraciət etməlidir. Müraciətin araşdırılması zamanı onunla birlikdə yalnız valideyni iştirak edə bilər, üçüncü şəxslərin iştirakına icazə verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG