Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:51

Klinton: "ABŞ heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək"


Birləşmiş Ştatlar heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton deyib. O bildirib ki, böyük dövlətlər bunun qarşısını almaqda həmfikirdirlər.

NBC-yə müsahibəsində Klinton İranın əbəs yerə buna səy göstərdiyini, bununla belə İranın nüvə proqramı ilə bağlı Vaşinqtonun Tehranla dialoqa hazır olduğunu da bildirib.

Klinton ötən həftə demişdi ki, əgər İran nüvə silahı hazırlasa, Birləşmiş Ştatlar bu problemi körfəzdəki müttəfiqlərini silahlandırmaqla həll edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG