Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:51

Uyğurların İstanbuldakı mitinqini polis dağıdıb


Çinin İstanbuldakı konsulluğu yaxınlığında uyğurların keçirdiyi etiraz aksiyası dartışmalarla nəticələnib. Bu gün keçirilən aksiyada uyğurlar konsulluğun qapısında polisin qurduğu maneələri yarmağa çəhd ediblər.

Onlar Çinin bayrağını yandırıblar. Polis onları dağıtmaq üçün gözüyaşardan qazdan istifadə edib. Az sonra polis onlara konsulluğun qarşısına qara çələng qoymağa icazə verib.

Bu ayın əvvəlində Çində Uyğur Muxtar Vilayətində uyğurlarla çinlilər arasında baş verən toqquşmalarda çox sayda çox sayda adam həlak olmuşdu. Uyğurlar bildirirlər ki, Çin hakimiyyəti onları öz torpaqlarında assimilyasiya edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG