Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:48

İran müxalifəti matəm mərasimi keçirmək istəyir


İran müxalifəti prezident seçkilərindən sonra keçirilmiş etiraz aksiyalarında polislə toqquşmalarda ölmüş tərəfdarlarını anmaq üçün matəm mərasimi keçirmək fikrindədi.

Prezidentliyə keçmiş namizədlər Mirhüseyin Musəviylə Mehdi Karrubi hakimiyyətdən mərasimin keçirilməsinə icazə verilməsini xahiş ediblər.

Müxalifət liderləri deyir ki, aksiya zamanı elə bir çıxış nəzərdə tutulmayıb, sadəcə ölənlərin ruhuna dua oxunacaq.

Rəsmi məlumata görə iyunda İranda baş vermiş toqquşmalarda 20-ə yaxın adam ölüb.
XS
SM
MD
LG