Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:31

Bakıda külək axşama doğru kəsəcək


3 gündür ki, Abşeron yarımadasında davam edən xəzri küləyi bu gün zəifləyəcək, Bakıda isə külək axşama doğru kəsəcək.

Sinoptiklərin məlumatına görə , ölkənin bütün ərazisində yağış yağma ehtimalı azalacaq.

Bakıda gündüz 30-32, Naxçıvanda 34-36, aran bölgəsində 36-38, dağlıq ərazidə isə 27-29 dərəcə isti olacaq.

Sinoptiklər deyir ki, sabahdan həftənin birinci yarısında hava şəraitində mühüm dəyişiklik gözlənilmir , qarşıdan gələn həftədə mülayim, arabir güclənən şimal küləkləri üstünlük təşkil edəcək.

Gələn həftə dənizdə suyun istiliyi 24-25, bəzi günlərdə isə 26 dərəcə olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG