Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:40
Azərbaycan paytaxtında baş vermiş sürüşmə nəticəsində torpaq uçqununun altında qalmış 3 nəfərin meyiti çıxarılıb.

Bu barədə «APA»ya Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə Əlaqə Departamentindən məlumat verilib.

İyulun 23-ü saat 14.00 radələrində Şərq küçəsi 1 ünvanında KİBRYA STE firması tərəfindən su çəkilişi aparılan zaman qazılmış xəndəyin üstündəki torpaq qatı uçub. Nəticədə 3 fəhlə torpaq altında qalıb.

FHN-dən bildirilib ki, hadisəyə xəndəyin qazılması zamanı texniki qaydalara riayət edilməməsi səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG