Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:45

Həbsxanada 1-ci qrup əlil bir həftədir aclıq edir?


Bakıda həbsxana
«14 saylı cəzaçəkmə müəssisəsində 1-ci qrup əlil Səbuhi Mahmudov bir həftədir aclıq edir».

Bunu «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit deyir. Son amnistiya aktı ilə azadlığa çıxan Mirzə Sakit özü də elə həmin müəssisədə cəza çəkib.

Jurnalist bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsi çox ağır rejimli olduğundan dövlət qanunları orada işləmir:

«Səbuhi Mahmudovun iki qıçı da şikəstdir, qoltuq ağacı ilə gəzir. O, Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq istirahət hüququndan istifadə etmək istəyib. Onu döyüb, sonra da karserə atıblar. Karserdə də işgəncələr davam etdirilib. O da iyulun 19-dan bu günə qədər həbsxanada aclıq edir. Ancaq rəsmi olaraq heç bir yana məlumat verilmir».

Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə Səbuhi Mahmudovun aclıq etməsi xəbərinin həqiqət olmadığını deyir:

«Heç bir şey yoxdur, onun səhhətində problemlər var, daim həkim nəzarəti altındadır. Səhhəti ilə bağlı biz onu Penitensiar Xidmətin müalicə müəssisənə də göndərmişik, orada müalicə alıb. O adamın heç bir problemi yoxdur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG