Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:10

Azərbaycan mediasına xaricdən pul lazımdırmı?


Arif Əliyev və Tahir Aydınoğlu

Arif Əliyev və Tahir Aydınoğlu

«Mediaya xarici investisiya cəlb edilməlidir». Bunu «Panorama» verilişində «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir. Onun fikrincə, Azərbaycan mətbuatı böhran içindədir:

«Bu böhrandan çıxmağın ən ideal yolu bütün ölkədə islahatlara getməkdir. Yaxud da mətbuat və cəmiyyət özləri ayağa qalxıb böhrandan çıxmalıdır. Ancaq mən bunun baş verəcəyinə inanmıram. Demək, nisbətən mümkün iki ideal yol qalır - ya mətbuat sahəsində kompleks tədbirlər həyata keçirilməli, ya da bu sahəyə xarici investisiyalar cəlb edilməlidir. Ukrayna, Bolqarıstan mətbuatını belə inkişaf etdirdilər»

Arif Əliyevin fikrincə, jurnalistikanın və jurnalistlərin özündə senzura yaranıb. O deyir ki, indi təkcə ölkənin birinci şəxsindən, onun qohumlarından yazmaq tabuya çevrilməyib. Artıq adi bir reklamçıdan da yazmırlar. Bunun vacibliyini elə bil, qəzetlər də, jurnalistlər də dərk ediblər.

Arif Əliyev düşünür ki, daxili senzuranın yaranmasında hakimiyyətlə yanaşı, qəzetlərə rəhbərlik edən şəxslər də məsuliyyət daşıyır:

«Onlar bir vaxtlar özlərini döyüş generalları, media kapitanları kimi təqdim edirdilər. İndi onlar anbar müdirlərinə çevriliblər».

«Xalq qəzeti»nin əməkdaşı Tahir Aydınoğlu isə çıxış yolunu təmərküzləşmə prosesində görür:

«Qoy, birləşsinlər. 1500-3000 tirajla qəzet buraxıb ictimaiyyətə təsir etmək olmaz. Mən mətbuatı üç yerə ayırardım - rəsmi, müxalif və müstəqil mətbuata. Qoy, onların hər biri ayrılıqda birləşsinlər. Necə ki, siyasi bloklar yaranır, onların da mətbu orqanları olsun».

Səs

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG