Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:02

İran müxalifəti təzyiqləri dayandırmağa çağırıb


İran müxalifətinin liderləri tanınmış dini xadimləri ölkədə təzyiqlərə və qısma-boğmaya son qoyulmasına kömək etməyə çağırıblar.

İyunun 12-də mübahisəli prezident seçkilərindən sonra İranda keçirilmiş etiraz aksiyalarında 1000-dən çox adam həbs edildi.

Məlumatlara görə onların 100-dən çoxu hələ də həbsdədir.

Prezidentliyə keçmiş namizədlər Mirhüseyin Musaviylə Mehdi Karrubi, habelə keçmiş prezident Məhəmməd Xatəmi bəyanat yayaraq onların taleyindən dərin narahatlıq bildiriblər.
XS
SM
MD
LG