Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:49

İraqdakı kürd muxtariyyətində seçkilər keçirilir


İraqdakı kürd muxtariyyətində keçirilən prezident və parlament seçkilərində yüksək fəallıq müşahidə olunur.

Seçki məntəqələrində növbələr yaranıb.

Kürd muxtariyyətinə Ərbil, Dahuk və Süleymaniyyə əyalətləri daxildi.

Təxminən 2 milyon yarım adamın səsvermə hüququ var.

Regional prezidentlik uğrunda 5 namizəd mübarizə aparır.

İndiki prezident Məsud Bərzaninin şansı daha çoxdu.

Məsud Bərzani ümid edir ki, seçkilər Bağdadla fikir ayrılıqlarının həlli, milli birliyin möhkəmlənməsi, kürdlərlə ərəblər, habelə İraqdakı bütün etnik qruplar arasında qardaşlığa xidmət edəcək.

Demokratik Kürdüstan Partiyasıyla Kürdüstan Vətənpərvərlər İtifaqından ibarət kolaisiyanın parlamentdə çoxluğu qoruyub saxlayacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG