Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:01

Bakıda quyu qazan fəhlələr uçqunun altında qalıb


Bakıda kanalizasiya çəkən fəhlələr uçqunun altında qalıb.

Hadisə bu gün saat 14 radələrində Şərq küçəsi 1 ünvanında, “Azərsutikinti” xəstəxanasının yanında baş verib.

ANS PRESS –in məlumatına görə uçqun altında qalanların adları açıqlanıb.

Bunlar Abdullayev Əbdül, Cahangirov Əli və Əliyev İlqardı.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib ki, hadisə fəhlələr 8-10 metrlik su quyusu qazarkən baş verib.

Onun sözlərinə görə, uçquna səbəb quyunun texniki cəhətdən düzgün qazılmaması olub.

Hadisənin əsil səbəbi isə araşdırmalardan sonra bəlli olacaq.

Hazırda xilasetmə işləri aparılır.

Xilasedicilərdən biri əməliyyat zamanı xəsarət alaraq xəstəxanaya düşüb.
XS
SM
MD
LG