Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17

Çin ərəb dilində televiziya kanalı açıb


Çinin dövlət televiziyası bu gündən ərəb dilində verilişlər yaymağa başlayıb.

Televiziya rəhbərliyinin sözlərinə görə söhbət Yaxın Şərq və Şimali Afrikadakı ərəb ölkələrinə 24 saat ərzində verilişlər yayacaq telekanaldan gedir.

Verilişlər informasiya, maarifləndirmə və əyləncəli səpkidə olacaq.

Çin televiziyası xeyli vaxtdır ki, ingilis,fransız və ispan dillərində verilişlər yayır.

Bu ilin sentyabrında isə rus dilində verilişin yayımı nəzərdə tutulub.

Çin hökuməti deyir ki, bu layihələrdə məqsəd Çinin həyatı barədə dünyaya real məlumat verməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG