Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:48

İranda qəzada ölənlərin 9-u Qazaxıstan vətəndaşıdı


Dünən İranda 16 adamın ölümüylə nəticələnmiş təyyarə qəzası barədə tam məlumat verilib.

İran mülki aviasiya xidmətinin məlumatına görə ölənlərdən 13-ü heyət üzvü, qalanları isə sərnişinlərdi.

Təyyarədə cəmi 153 adam olub.

Ölənlərdən 9-u Qazaxıstan vətəndaşıdır.

İranın “ Avia Aviation “ şirkəti təyyarəni Qazaxıstandan icarəyə götürübmüş.

Təyyarə Məşhəd hava limanında yerə enərkən xəttən çıxaraq ətrafdakı səddə dəyib.

Hələlik qəzanın səbəbi bəlli deyil.
XS
SM
MD
LG