Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:18

Əhmədinejadın qudası istefa verməli oldu


İran prezidenti Mahmud Əhmədinejadın təyin etdiyi vitse-preziden İsfəndiyar Rəhim Maşaye istefa verməli olub.

Onun istefasını ölkənin ali dini lideri Ayatolla Əli Xamenei tələb edib.

Xamenei deyib ki, bu təyinat cəmiyyətdə, o cümlədən Mahmud Əhmədinejadın özünün tərəfdarları arasında parçalanmaya aparacaq.

Rəhim Maşaye ötən il çıxışlarından birində deyib ki, İsrail də daxil olmaqla iranlılar bütün xalqların dostudur.

Onun bu çıxışı ölkənin mühavizəkar dairələrində böyük qəzəb doğurub.

Maşaye Mahmud Əhmədinejadın qudasıdı.

Onun qızı prezidentin oğluna gedib.
XS
SM
MD
LG