Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:37

«Yeni Bakı» tikmək istəyən şirkətlərlə görüş keçirilib


Ərazi inkişaf planı 2011-ci ilə kimi hazırlanmalıdır
Ərazi inkişaf planı 2011-ci ilə kimi hazırlanmalıdır
İyulun 24-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov «Böyük Bakı»nın ərazi planının hazırlanması üzrə tenderdə iştirak edən layihə şirkətlərinin nümayəndələri ilə görüşüb.

«Böyük Bakı» anlayışı Bakı və Sumqayıt şəhərlərinin ərazisini, bütün Abşeron yarımadasını əhatə edir. Yeni plan yarımadanın inkişaf istiqamətlərini nəzərdə tutmalıdır.

Tender iştirakçılarının qısa siyahısına Azərbaycan, ABŞ, Britaniya, Almaniya, İsrail və Hollandiyadan 6 şirkət və konsorsium daxildir. Ərazi inkişaf planı 2011-ci ilə kimi hazırlanmalıdır. Bu məqsədlə Dünya Bankı və Azərbaycan hökuməti 5 milyon dollar ayırıb. «Böyük Bakı»nın ərazi inkişaf planını hazırlayacaq şirkətin adı avqustun ortalarında məlum olacaq.

Bakının ilk baş planı 1896-cı ildə hazırlanıb. Bakının son baş planı isə sovet dövründə - 1986-cı ildə işlənilib. Bu planda şəhərin 2005-ci ilədək inkişafı nəzərə alınırdı. Sonuncu baş plan Bakının özünün, həmçinin peyk-şəhərlərin - Dübəndi, Türkan, Hövsan, Zabrat, Ələt və Badamdarın inkişafını nəzərdə tuturdu. İdarə sistemi dəyişildiyindən bu plan nəzərdə tutulan səviyyədə həyata keçirilməyib.

Abbas Ələsgərovun fikrincə, Bakının sənaye zonasında sosial obyektlərin tikilməsi üçün boşaldıla biləcək böyük ərazi var. Bir və ikimərtəbəli binaların çoxluğu Bakının problemi hesab edilir. Bakının ərazisi 213 min ha-dır. 22 min ha ərazidə paytaxt əhalisinin 85%-i yaşayır.

Statistikaya görə, 1822-ci ildə Bakıda 1500 nəfər, 1854-cü ildə 1880 nəfər yaşayıb. 1918-ci ildə, neft bumundan sonra Bakının əhalisi 312 000 nəfərə çatıb. 1960-cı ildə şəhərin əhalisi 1 mln nəfəri keçib. 1980-ci ildə paytaxtın əhalisi 1.6 mln nəfərə çatıb. Hazırda Bakıda rəsmi olaraq 2 260 000 nəfər yaşayır. /«Turan»/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG