Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:13

20-ə yaxın dərviş saxlanıb


Iyulun 23-də İranın Qonabadi şəhərində 200-300 dərviş yerli məhkəmənin qarşısında etiraz aksiyası keçirib. Onlar həmfikirləri Hüseyn Zareyinin həbs olunmasına etiraz etmək istəyiblər.

Polis dərvişləri aksiyasını dağıtmaq üçün gözüyaşardan qazdan istifadə edib.

Hüseyn Zareyi bu həftənin əvvəlində şəhərdəki qəbirstanlıqda dərvişlərdən birinin dəfn olunması zamanı saxlanıb. Hakimiyyət ətraf mühitin korlanması iddiası ilə dərvişlərin həmin qəbirstanlıqda dəfn olunmasını qadağan edib.

Amma dərvişlər deyirlər ki, bu, Əhmədinejadın hakimiyyətə gəlməsindən sonra sufilərə qarşı aparılan kampaniyanın bir hissəsidir. İranın bəzi din xadimləri sufiləri “islam üçün təhlükəli adamlar” hesab edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG