Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:06

Prezidentə məktub yazan 3 aylıq həbs edildi


Rayon polisində ondan rüşvət istənilməsilə bağlı prezidentə məktub yazan Salyan rayon sakini Səməd Məmmədov iyulun 24-də rayon məhkəməsinin hökmüylə üç ay azadlıqdan məhrum edilib. Polis onu iki gün əvvəl saxlamışdı.

Rayon polis şöbəsinin rəisi Fuad Məmmədli «Azadlıq» radiosuna demişdi ki, həmin şəxs prezidentə məktub yazdığına görə yox, narkotik maddəyə görə saxlanılıb.

Təqsirləndirilən şəxs isə bunu inkar edirdi. Deyir onu prezidentə polis barədə yazdıqlarına görə həbs ediblər.

Səməd Məmmədov məktubunda rayon polisinin ondan rüşvət tələb etdiyini iddia edir.
XS
SM
MD
LG