Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:41

Mollalar Əhmədinejaddan vitse-prezidenti kənarlaşdırmağı tələb edir


İranda sərt xətt tərəfdarı olan Ayətullah Əhməd Xatəmi bu gün Tehranda cümə namazında yenidən prezident Mahmud Əhmədinejadı şağırıb ki, vitse-prezident Rəhim Esfandiyarı bir an öncə işdən kənarlaşdırsın.

Mübahisəli prezident seçkisində qalib elan olunmuş Əhmədinejad sabah and içəcək. Esfandiari Əhmədinejadın qudasıdır. O, “İran israil xalqının dostudur” deyəndən sonra hətta Əhmədinejadın mühafizəkarlardan ibarət komandasında kəskin tənqidlərlə üzləşib.
XS
SM
MD
LG