Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:30

ATƏT Qırğızıstanda seçkidən məyus olub


Avfropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı – ATƏT-in seçkini izləyən müşahidəçi missiyası dünənki prezident seçkilərinin necə keçirilməsindən məyus olduğunu bildirib.

Bu gün yayılna bəyanatlarında onlar deyirlər ki, seçkidə çox sayda qanun pozuntuları görüblər. Həmin pozuntular kimi də daha çox qutuların topa bülletenlərlə doldurulmasını, seçici siyahılarında qeyri-dəqiqlikləri, mediada birtərəfli işıqlandırmanı, inzibati imkanlardan Bakiyevin xeyrinə istifadə olunmasını göstərirlir.

Müşahidəçilərin rəyinə görə bu seçki beynəlxalq standartlara uyğun olmayıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Timur Lisovski bu keçirdiyi mətbuat konfransında rəsmi nəticələri bu cür elan edib:
- Bakiyev 861 766 səs – yəni 89.04 % səs alıb.

MSK müxalifət liderinin 7 % səs aldığını bildirb. Seçkinin legitim olmadığını deyən müxalifət yeni seçki tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG