Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:19

Amerika Azərbaycanlıları Şurası etiraz edir


Amerika Azərbaycanlıları Şurası bu ölkədə fəaliyyət göstərən iki erməni təşkilatının Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə daxil edilməsi ilə bağlı çağırışlarına etiraz bəyanatı yayıb.

«İyulun 14-də Prezident Obamaya ünvanladığı məktubda Amerika Erməni Milli Komitəsinin sədri Kennet Xaçikyan Ermənistanı birtərəfli və təhlükəli güzəştlərə vadar etmək məqsədilə Minsk Qrupunun həmsədi olan ölkələrin Yerevana sərt təzyiqlər etməsindən şikayətlənib. Prezident Obamanın seçkiqabağı vədinə istinad edən Xaçikyan «Dağlıq Qarabağ Respublikası»nı danışıqlar prosesinə daxil etməyə çağırıb. İyulun 22-də isə Amerika Erməni Assambleyası oxşar bəyanatla çıxış edib».

Amerika Azərbaycanlıları Şurası isə öz bəyanatında Barak Obamanın seçkiqabağı nitqində bütün tərəfləri qane edən sülh haqqında danışdığını xatırladaraq, bu tərəflərdən birinin də Qarabağın azərbaycanlı icması olduğunu diqqətə çatdırır.

Amerika Azərbaycanlıları Şurası sülh prosesini yaxından izlədiyini bildirib və ən yaxın müddətdə tərəflərin davamlı sülhə nail olacaqlarına ümidini ifadə edib.

XS
SM
MD
LG