Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:46

Azərbaycanda H1N1 virisu aşkar olunmasa da belə xəstələr üçün xüsusi klinikalar ayrılıb


“Bu günə kəskin respirator infeksiyalara yoluxmadan şübhəli olan 500 nəfərdən nümunə götürülüb, ancaq onlarda H1N1 virusu (donuz qripi) aşkar edilməyib”.

Bunu Səhiyyə Nazirliyinin sanitar-epidemiologiya nəzarəti sektorunun rəhbəri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, vəziyyətin daimi monitorinqi həyata keçirilir.

Viktor Qasımov deyib ki, ölkədə kifayət qədər dərman preparatı ehtiyatı yaradılıb. “Əgər H1N1 virusu aşkar edilərsə, xəstələrin yerləşdirilməsi üçün xüsusi klinikalar ayrılıb” – deyə Səhiyyə Nazirliyinin sektor müdiri bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG