Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:39

ABŞ-ın Nyu-Cersi ştatında cinayətkarlığın miqyası dözülməz həddə çatıb


ABŞ-ın Nyu-Cersi ştatında korrupsiyaya qarşı keçirilmiş əməliyyat nəticəsində cinayətkar şəbəkəyə daxil olan 40-dan çox adam, o cümlədən şəhər merləri, millət vəkilləri və bir neçə ravvin (yəhdui din adamı) həbs olunub.

Onlar Nyu-Yorkla İsrail arasında yəhudi xeyriyyəçiliyi adı altında on milyonlarla dollar çirkli pulun yuyulmasında iştirak etməkdə ittiham olunurlar. Hətta ravvinlərdən birinin 10 il ərzində insan orqanı satdığını etiraf etdiyi bildirilir. Ştatın qubernatoru Nyu-Cersi cinayətkarlığın miqyasının dözülməz həddə çatdığını etiraf edib.

XS
SM
MD
LG