Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:53

Dövlət Dəmir Yolu A(H1N1) virusuna qarşı tədbirlərə başlayıb


Rusiya və Gürcüstanda donuz qripi kimi tanınan A(H1N1) virusunun yayılmasıyla bağlı Azərbaycan Dövlət Dəmir Yolu tədbirlər planı hazırlayıb.
Dövlət Dəmir Yolunun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, dəmir yolu ərazisində yerləşən bütün obyektlərin dezinfeksiyası aparılır, Dəmir Yolunun Taun Əleyhinə stansiyasında profilaktik preparatların, dezinfeksiya maddələrinin, fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılır.
Dəmir yolu sərhəd-keçid məntəqələrində və sərnişin qatarlarında isə tibb briqadaları yaradılıb.

XS
SM
MD
LG