Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:02

ABŞ qoşunlarının bir hissəsi 2011-ci ildən sonra da İraqda qala bilər


İraqın baş naziri Nuri əl-Maliki Vaşinqtondakı görüşlərindən sonra deyib ki, ABŞ qoşunlarının bir hissəsi 2011-ci ildən sonra da ölkəsində qala bilər.

2011-ci il Amerika silahlılarının İraqı tərk etməsi təqvimində son tarix olaraq göstərilirdi. Malikinin sözlərinə görə, hər şey həmin vaxt ölkədə vəziyyətin necə olmasından asılı olacaq.

Bundan bir qədər əvvəlsə ABŞ prezidenti Barak Obama bildirmişdi ki, təqvimə uyğun olaraq 2011-ci ilin sonunadək İraqda amerikalı hərbçi qalmayacaq.

İraqın baş naziri onu da deyib ki, ölkəsi üçün ən təhlükəli məsələlərdən biri də kürdlər arasındakı parçalanmadır.


XS
SM
MD
LG