Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:12

Kurmanbek Bakiyev 87,7 faiz səslə liderlik edir


Qırğızıstanda keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, hazırkı prezident Kurmanbek Bakıyev 87,7 faiz səslə liderlik edir.

Qırğızıstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb. Səsvermədə 79 faiz seçici iştirak edib.

Artıq səslərin yarıdan çoxunun sayıldığı bildirilir.

Müxalifətin namizədi olan Almazbek Atambayevin isə 7 faizdən çox səs yığdığı bildirilir. O seçkinin saxtalaşdırıldığını bildirib, yeni seçkilərin keçirilməsini tələb edir.

Seçkiləri müşahidə etmiş ATƏT nümayəndələrinin rəylərini günün ikinci yarısında açıqlaması gözlənilir.


XS
SM
MD
LG