Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:34

İkinci ixtisas qrupu üzrə imtahan başlayıb


Bu gün Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə imtahan keçirilir. İmtahanlar Bakı, Sumqayıt və Naxçıvanda keçirilir.

Saat 11:00-da imtahanlar başlayıb. Günorta saat 2-də qutaracaq. İmtahanın nəticələri iki gündən sonra məlum olacaq.

II qrupa 25.354 nəfər sənəd verib. Bu günkü imtahanlarla ali məktəblərə keçirilən qəbul imtahanları başa çatır.

Abituriyentlər iyulun 25-dən avqustun 3-dək internet vasitəsi ilə ixtisas seçimi aparacaqlar.
XS
SM
MD
LG