Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:41

Qırğızıstanda 2 namizəd seçkidən çıxdı


Qırğızıstandakı prezident seçkilərində müxalifətin əsas namizədi Almazbek Atambayev seçkilərdən çıxdığını elan eləyib.
O deyib ki, bu günki prezident seçkilərində kütləvi qanun pozuntusu var.
Onun fikrincə, belə seçkilərin nəticələri qanunsuz elan olunmalıdır.
Sosial Demokrat partiyasının lideri, keçmiş baş nazir Atambayev bu seçkilərdə indiki prezident Kurmanbek Bakiyevin əsas rəqibi hesab olunurdu.
Prezidentliyə hazırda 3 namizəd qalıb, çünki Yenişbek Nazaraliev də bu gün seçki gedə-gedə seçkilərdən çıxdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG