Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:48

BMT-nin Azərbaycan hesabatı sərt olacaq


“Komitə üzvlərinin bu həftə verdikləri bəyanatlardan aydın görünür ki, hesabat çox sərt olacaq”- bunu adının çəkilməsini istəməyən BMT mənbəsi Reuters agentliyinə deyib.
İyulun 31-də BMT-nin İnsan Haqları Komitəsi Azərbaycanın insan haqlarına necə riaət etməsi haqda hesabat verəcək.
Keçən bazar ertəsi və çərşənbə axşamı öz iclasına toplaşan 18 üzvlük komitə araşdırıb ki, Azərbaycanda nə baş verir? Jurnalistlər niyə tutulur və öldürülür? Həbsxanalarda niyə intiharlar baş verir? Müxalifət nümayişlərinə niyə qadağandır?
Komitə qarşısında çıxış eləyən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, Azərbaycanda jurnalistlər yalnız qanunu pozduqlarına görə tutulublar. Onda bir komitə üzvü deyib ki, belə görünür, Azərbaycan polis zorakılığını danmağı özünə adət eləyib.
XS
SM
MD
LG