Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:01

Gənclərlə bağlı hökm günorta saatlarında veriləcək


İyulun 23-də gənc fəallar - Adnan Hacızadə və Emin Millinin vəkillərinin polisə qarşı qaldırdığı iddiaya baxılır. İşə Famil Nəsibov hakimlik edir. Proses qapalı keçirilir.

Vəkillər şikayət ərizəsində gənc fəalların saxlanarkən Səbail Rayon Polis İdarəsində pis rəftara məruz qaldıqlarını və onların müdafiə hüququnun pozulduğunu yazıblar.
İddia ilə bağlı hökm saat 14.00-də veriləcək. Vəkillər məhkəmədən ədalətli hökm gözləmirlər.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişəyə görə həbs olunub və xuliqanlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bir sıra beynəlxalq insan haqları təşkilatları gənclərə qarşı irəli sürülən xuliqanlıq ittihamı əsassız hesab edirlər.
XS
SM
MD
LG