Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:32

«ABŞ Gürcüstanın arxasında dayanıb»


ABŞ-ın vitse-prezidenti Co Bayden iyulun 23-də Gürcüstan rəhbərliyi və müxalifət nümayəndələri ilə görüşəcək. Eyni zamanda parlamentdə də çıxış edəcək.

İyulun 22-də prezident Mixail Saakaşvili ilə qeyri-rəsmi görüşdə Bayden bildirib ki, ABŞ Gürcüstanın arxasında dayanıb. O, 2003-cü ildə Saakaşvilini hakimiyyətə gətirən qızıl gül inqilabını «dünyada azadlıq sevən insanlar üçün çağırış» adlandırıb.

M. Saakaşvili də öz növbəsində Gürcüstanın heç bir zaman Rusiyaya təslim olmayacağını deyib.

ABŞ vitse-prezidenti Gürcüstandan qabaq Ukraynada olub, bu ölkəyə də dəstəyini bildirib.
XS
SM
MD
LG