Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:18

ABŞ-ın vitse-prezidenti Co Bayden Gürcüstandadı


Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Gürcüstanda səfərdədi.

O Gürcüstana Ukraynadan gedib.

Co Baydan dünən Ukraynada deyib ki, Birləşmiş Ştatların Rusiyayla münasibətləri yaxşılaşdırmaq istəməsi Ukraynaya heç bir xələl gətirməyəcək.

O həmçinin Ukrayna hökumətini demokratik islahatları yaxşılaşdırmağa və ölkəyə sərmayə cəlb etmək üçün daha effektiv olmağa çağırıb.

Co Baydenin Gürcüstanda da eyni bəyanatla çıxış edəcəyi gözlənilir.

Bu gün Axşam onun Gürcüstan prezidenti Mixeil Saakaşviliylə şam edəcəyi , sabahsa parlamentdə çıxışı gözlənilir.
XS
SM
MD
LG