Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:22

ABŞ-ın elçisi Pakistanda danışıqlar aparır


Birləşmiş Ştatların Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Riçard Holbruk İslamabadda ölkə rəhbərliyilə danışıqlar aparır.

Holbruk artıq Pakistanın baş naziri Yusif Rza Gilaniylə görüşüb.

Onun prezident Asif Əli Zərdari, ordu və kəşfiyyat xidmətinin rəhbərliyilə də görüşü gözlənilir.

Pakistan ehtiyat edir ki, Amerikanın qonşu Əfqanıstanda hərbi əməliyyatları genişləndirməsi regionda gərginliyi daha da artırar, yaraqlılar ordan Pakistana keçər.
XS
SM
MD
LG