Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:27

XİN: «Azərbaycanın da öz təklifləri var»


«Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sənədin yeni variantı üzərində iş gedir. İyulun sonundan ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərləri başlayacaq. O səfərlər zamanı yəqin ki, yeni variantın nədən ibarət olduğu bilinəcək».

Bunu «Media forum» saytına Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov Minsk qrupu həmsədrlərinin «Madrid prinsipləri»nin dəyişdiriləcəyinə dair iyulun 21-də yaydıqları açıqlamasını şərh edərkən deyib.

E.Poluxov bildirib ki, təkliflərin yeni variantı hələlik məlum deyil. O, Azərbaycan tərəfinin də öz təkliflərinin olduğunu, detallar üzərində iş getdiyini deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü bu təkliflərin nədən ibarət olduğunu açıqlamayıb.
XS
SM
MD
LG