Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:37

Çin və Rusiya birgə hərbi təlimlərə başlayır


İyulun 22-də Çin və Rusiya birgə hərbi təlimlərə başlayır. «Sülh Missiyası 2009» adlı 5 günlük təlimlər Çinin şimal-şərqində keçirilir. Məşqlərə 3 minə yaxın hərbçi, 300-dən artıq hərbi texnika, 400-dən artıq təyyarə və vertolyot qatılıb.

Təlimlərin məqsədi terror və separatçılıqla mübarizə əməliyyatlarını məşq etməkdir.

Rusiyanın «Zvezda» televiziyası bildirib ki, 2-сi Dünya Müharibəsindən bu yana Rusiya ilk dəfədir ki, xarici ölkəyə bu qədər hərbçi və texnika göndərib.
XS
SM
MD
LG