Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:51

«Media açarı» müsabiqəsinin qalibləri məlumdur


Sevda İsmayıllı və Babək Bəkir

Sevda İsmayıllı və Babək Bəkir

İyulun 21-də Milli Mətbuat Günü ənənəyə uyğun olaraq bu dəfə də təmtəraqla qeyd olundu.

«Yeni Nəsil» Jurnalistlər Birliyi (rəhbəri Arif Əliyev), Azərbaycan Jurnalistlər Birliyi (rəhbəri Elçin Şıxlı) və Demokratik Jurnalistləri Liqasının (rəhbəri Yadigar Məmmədli) təşəbbüsü ilə Bakının dənizkənarı «Crescent Beach» otelində böyük mərasim keçirildi.

Təşkilatçılar tədbirin başlanğıcında mətbuatın 134 il əvvəl qaynar bir iyul günü necə yarandığından danışdılar. Dahi Zərdabinin «Əkinçi» qəzetinin ilk nüsxəsinin çıxmasını sonradan müstəqil Azərbaycan da Milli Mətbuat Günü kimi qeyd etməyə başladı.

Sonra aparıcılar «Media açarı» müsabiqəsi barədə məlumat verib bildirdilər ki, budəfəki müsabiqəyə tarixində ən çox – 80-nə yaxın iş daxil olub. Yazıları qiymətləndirənlər – 9 jüri üzvü jurnalistika sahəsində tanınmış simalardır. Nominasiyaların sayı bu il 10-dan 8-ə enib, «Siyasət» və «Sosial» sahələr üzrə nominasiyalar bu dəfə mükafatsız qaldı. Bunlardan başqa fərqlənən jurnalistlərə 4 «Xüsusi mükafat» da təqdim olundu.

Xatırladaq ki, mükafatçılara qızıl suyuna salınmış «Media Açarı»ndan başqa diplom və pul mükafatları da verildi.

«Media açarı - 2009» müsabiqəsinin nominasiyalar üzrə qalibləri aşağıdakılar oldu:

«Reportaj»

Səbuhi Məmmədli («Azadlıq» qəzeti), «Qafqaz gündəliyi» silsilə yazılarına görə

«Jurnalist təhqiqatı»

Babək Bəkir («Azadlıq» radiosu), «Tenderlə Sovrulanlar...» yazısına görə

«Publisistika»

Sevda İsmayıllı («Azadlıq» radiosu), «Azərbaycan qadını, sənin bu dünyadan ən böyük istəyin nədir?» yazısına görə

«Fotoillüstrasiya»

Oqtay Məmmədov («AzərTac»), çəkdiyi fotolara görə

«İdman»

Mahir Rüstəmov («Futbol+» qəzeti), «Foqts, yığma, Azərbaycan və azərbaycanlılar» yazısına görə

«İqtisadiyyat»

Pünhan Əfəndiyev («Üç nöqtə» qəzeti), «Kəndin iqtisadi durumu» məqalələrinə görə

«İnsan haqları»

Aynur Elgünəş («Bizim Yol»), «Qızıldaşın aşkar gizlinləri» yazısına görə

«Mədəniyyət»


Aysel Əlizadə («525-ci qəzet»), «Yüzillik tənhalıq davam edir» yazısına görə

Xüsusi fərqlənmə mükafatları

1) Rəşad Süleymanov («Lent.az» saytı), «Burda bir səhv ölüm deməkdir» yazısına görə

2) Arzu Abdulla («Azadlıq» qəzeti), «Qanlı terrorun xronikası» yazısına görə

3) Çingiz Sultansoy («Zerkalo» qəzeti), «Rüstəm İbrahimbəyova açıq məktub» yazısına görə

4) Aynur İmanova («Mediaforum.az» saytı), «AD silsiləsindən» publisistik yazılara görə

Beləliklə, 12-ci təqdimat «Media Açarı-2009» da tarixdə qaldı!

Günün bütün mövzuları

XS
SM
MD
LG