Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:24

İran hələ qaynayır, indi də söz savaşı başlayıb


İranda 12 iyun seçkilərindən sonra ba verən toqquşmalarda 20-dən çox etirazçı həlak olmuşdu

İranda 12 iyun seçkilərindən sonra ba verən toqquşmalarda 20-dən çox etirazçı həlak olmuşdu

İranın eks-prezidenti Əli Əkbər Haşemi Rəfsancani
RƏFSƏNCANİ SEÇKİNİN NƏTİCƏLƏRİNİ ŞÜBHƏ ALTINA ALDI


Ötən cümə günü Tehran Universitetində Cümə namazını aparan İranın keçmiş prezidenti Əli Əkbər Haşemi Rəfsancani xalqın böyük hissəsinin son seçkinin nəticəsinə inanmadığını, şübhəylə yanaşdığını demişdi. Seçkidən sonra İranda siyasi böhran yarandığını vurğulamışdı və böhrandan çıxış yolları təklif eləmişdi.

Rəfsəncani hökuməti seçkidən sonra həbs olunan hər kəsi azad eləməyə və tərəflərin seçkiylə bağlı şikayətlərini, narazılıqlarını birgə ifadə edəcəyi danışıqlara başlamağa çağırmışdı. Əks hallda bundan İran İslam Respublikasının ziyan görəcəyini bildirmişdi.

Ali Dini Lider Ayətullah Əli Xamaneyidən sonra İranın ən populyar fiquru olan Rəfsəncaninin bu çıxışından sonra seçkinin nəticlərini tanımayan islahatçıların tərəfdarları da dilə gəlmişdi.

XAMENEYİ ETİRAZŞILARI XARİCİ DÜŞMƏNƏ İŞLƏMƏKDƏ İTTİHAM EDİR
Ayətullah Əli Xameneyi


Ancaq, Xamaneyi Rəfsəncaninin bu çıxışına və sonradan fikir söyləyənlərə dərhal sərt xəbərdarlıq elədi. Bazar ertəsi İranın Xarici Siyasət Şurasındakı çıxışında İran siyasi elitasına müraciətində dedi ki, seçkidən sorna baş verənlər xarici düşmənlərin işidir, xarici düşmənlər isə bunu etiraf elələməklə “şərəfsizlik” edirlər, ölkənin içində bu hərəkətləri dəstəkləyənlər isə onların əlaltıları kimi qəbul olunacaq.

" Elita bilməlidir ki, düşmənin işinə yarayan istənilən şərh, istənilən hərəkət, istənilən fakir xalqa qarşı yönəlib. Biz hamımız çox diqqətli olmalıyıq. "

Xamaneyi bu çıxışı eləyəndə konkret adlar çəkməyib. Amma hər kəs onun kimi nəzərdə tutduğunu, bu fikirlərin kimə qarşı yönəldiyini başa düşür.

XƏBƏRDARLIQ TƏKCƏ RƏFSƏNCANİYƏ AİD DEYİL

Burda söhbət heç də təkcə Rəfsəncanidən getmir. Rəfsəncaninin çıxşından sonra İranın başqa bir eks-prezidenti Məhəmməd Xatəmi lap irəli getmişdi. O demişdi ki, Rəfsəncaninin təklifləri hələ çox yumşaqdır. Əslində siyasi böhrandan çıxmaq və seçilən hakimiyyətin legitimliyini yoxlamaq üçün referendum keçirmək lazımdır. Üstəlik bu referendumu indi seçki komissiyaları, Daxili İşlər Nazirliyi yox, hər kəsin etimad göstərə biləcəyi müstəqil qurumlar keçirməlidir. Rəfsəncaninin sədrlik elədiyi Nəzarətçilər Şurası və ya başqaları.

İslahatçıların Hərbi Ruhanilər Assosiasiyası isə dərhal Xatəminin təklifini dəstələyib, ictimai etimada ziyan vuracaq hərəkətlərin qarşısını almaq üçün referendumun yeganə yol olduğunu bəyan eləmişdi.

BELƏ ŞEYLƏRİ DİLƏ GƏTİRMƏK OLMAZ !

Ancaq Xamaneyi televiziyayla da yayımlanan fikirlərində vurğulayıb ki, İranda heç kim İslami üsul-idarəni şübhə altına alan bu cür fikirləri ağlına da gətirməməlidir.

"Bəzi şeylər deyilməməlidir. Biz şeyləri deməklə biz öz məsuliyyətimizi dərk eləmədiyimiz göstərərərik. İndi İran elitası imtahan qarşısındadır. Böyük imtahan qarşısında".

Ancaq bir fakt var ki, Xamaneyi seçki məsələsinin qapandığını bir neçə həftə əvvəl cümə namazında da demişdi. Ancaq, elə onun bu sözlərindən sonra seçkinin nəticələrinin tanımayan Musəvi və Kərrubi yenə də öz mübarizələrini davam etdirəcəklərini bildirdilər.

İSLAHATÇILAR XAMENEYİDƏN QORXMUR ?

İyulun 17-də Rəfsəncaninin Cümə namazında İslahatçıların lideri Mir Hüseyn Musəvi də iştirak edirdi
Elə Xamaneyinin həftənin əvvəlindəki xəbərdarlığından sonra da, Musəvi dilini dinc qoymayıb. Öz saytındakı açıqlamasında bildirib ki, seçkidən sonra İrandakı etirazların heç biri xarici qüvvələrlə bağlı olmayıb. Bu iran xalqının etirazıdır. Və inqilabdan əvvəlki metodlarla - etiraz edənləri tutub, onların hüquqlarını pozmaq, özünüifadə azadlığını məhdudlaşdırmaqla bu etirazları susdurmaq mümkün olmayacaq.

Sonuncu dəfə iyulun 17-də küçələrə çıxan və döyülən Musəvinin tərəfdarları bu həftə daha bir askiya keçirməyi planlaşdırırlar. Öncəki dinc aksiyalarda ölənləri və həbs edilənləri anmaq məqsədiylə.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG