Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:14

«Madrid prinsipləri»nə görə Koçaryandan cavab istəyirlər


Ermənistanın keçmiş prezidenti Robert Koçaryan
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan
«Qarabağ probleminin «Madrid prinsipləri» əsasında həll olunmasına razılıq verdiklərinə görə Koçaryan və Oskanyan məhkəmə qarşısına çıxarılmalıdır» - bunu Ermənistanın müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyan mətbuat konfransında deyib.

Şirxanyan deyib ki, «o hər bir demaqoqa sübut eləyər ki, «Madrid prinsipləri» pis şeydir. Bu prinsiplər anti-Ermənistan, anti-Qarabağ prinsipləridir. Buna görə keçmiş prezident Koçaryan və keçmiş xarici işlər naziri Oskanyan məsuliyyətə cəlb olunmalıdır».

Şirxanyanın təklifi belədir: qoy Dağlıq Qarabağ erməniləri Bakı ilə özləri danışsınlar.

Hazırda Ermənistanda müxtəlif siyasi qüvvələr mətbuat konfransları keçirir. Belə bir mətbuat konfransını Ermənistanın Strateji və Milli Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan da keçirib.

O deyib: «Mən əminəm ki, Qarabağın Azərbaycana qaytarılması yollarının hər biri düz birbaşa müharibəyə aparır və bu, ATƏT-in Minsk qrupuna da aydındır».

Kirakosyanın fikrincə, Ermənistan hökumətinə təzyiq eləməklə, Dağlıq Qarabağ erməniləri danışıqlardan kənarda qalmaqla, problem həll olunmaycaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG