Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:28

ABŞ UKraynanın NATO-ya qoşulmasını dəstəkləyir


Vaşinqton Ukraynanın NATO-ya qoşulmasını dəstəkləyir və bu ölkə xarici siyasətdə öz mütəflərini seçməkdə azaddır.

Bunu Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden bu gün Kiyevdə Ukrayna prezidenti Viktor Yuşşünkoyla keçirdiyi mətbuat konfransında deyib və əlavə edib ki, ABŞ-Rusiya münasibətlərin buna heç bir təsiri olamayacaq.

" Cənab prezident, bildiyiniz kimi biz Rusiyayla münasibətlərin yaxşmasını istəyirik.
Amma mən sizi və bütün Ukrayna xalqını əmin etmək istəyirəm ki, bu sizin ölkənin hesabına edilməyəcək-əksinə hesab edirəm ki, hətta Ukraynanın xeyrinə olacaq " .

Viktor Yuşşünko isə bir daha ölkəsinin NATO-ya qoşulmaqda qərarlı olduğunu deyib.

" Ukraynanın dediyi kimi ölkənin milli təhlükəsizliyinin təmin olunmasında ən yaxşı vasitə NATO-dur".

Co Bayden Ukraynadan Gürcüstana yollanacaq.

Ukrayna və Gürcüstan rəsmiləri ehtiyat edir ki, ABŞ-Rusiya münasibətlərinin düzəlməsi onların NATO və Avropa Birliyinə inteqrasiyasını əngəlləyə bilər.
XS
SM
MD
LG