Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:57

Amerika Ukrayna və Gürcüstanın yanındadır, ancaq şərti var


Vitse-prezident Co Bayden Ukraynada. 21 iyul 2009

Vitse-prezident Co Bayden Ukraynada. 21 iyul 2009

“Mən minnətdaram ki, Ukraynanın NATO-ya qoşulmasına Amerika belə açıq və aydın dəstək verdi”- bunu Ukrayna prezidenti Viktor Yuşenko Amerikanın vitse-prezidenti Co Baydenlə görüşdən sonra deyib.

Ukrayna və Gürcüstana 3 günlük səfərə çıxan Amerikanın vitse-prezidenti Co Bayden Kiyevdə iyulun 21-də bir-birinə 4 antoqonist siyasətçi ilə görüşür. Bunlar kimlərdir?
Prezident Viktor Yuşenko, onunla yola getməyən baş nazir Yuliya Timoşenko, narıncı inqilab liderləri kimi bunların heç birini bəyənməyən Regionlar partiyasının lideri Viktor Yanukoviç və bu 3 siyasətçini hakimiyyətdəkilər kimi rədd edən müxalifət lideri Arseniy Yatsenyuk.

Bu 4 siyasətçinin mübarizəsi Ukraynanın daxili həyatını iflic vəziyyətinə salıb, bütün bunlar isə iqtisadi böhranın dərinləşməsi fonunda baş verir.

Yerli müşahidəçilər Baydenin Yatsenyukla görüşməsini Ukraynanın son illər ənənəvi dəyişməz siyasi liderləri hesab olunan Yuşenko, Timoşenko və Yanukoviçə siqnal hesab edirlər.

«Azadlıq» radiosunun Kiyevdə olan müxbiri Brayan Vitmor xəbər verir ki, Ukraynadakı prezident seçkiləri Baydenin səfər gündəliyində əsas yeri tutur, eləcə də enerji məsələsi.

O deyir: «Yerli mediada spekulyasiyalar var idi ki, Bayden namizədlərdən kiməsə dəstək verəcək, ancaq Amerika rəsmiləri bildirdilər ki, bu, gündəlikdə deyil».

Baydenin milli təhlükəsizlik müşaviri Toni Blinken jurnalistlərə deyib ki, Bayden əksinə, Yuşenko ilə Timoşenkonu öz aralarındakı mübahisələri bir kənara qoymağa, inqilabın verdiyi vədləri həyata keçirməyə çağıracaq.

Bayden Ukraynaya, eləcə də buradan gedəcəyi Gürcüstana bir əsas mesaj da gətirib: Amerikanın Rusiya ilə münasibətləri düzəltmək cəhdi, Ukraynanın və Gürcüstanın NATO-ya qoşulmaq, Qərbə inteqrasiya cəhdlərinin qurban verilməsi deyil.

Amerikanın vitse-prezidenti Co Bayden bu gün Kiyevdə deyib ki, Amerikanın Rusiya ilə münasibətlərin düzəlməsi “Ukraynanın hesabına deyil.”
Bayden bəyan eləyib ki, “Amerika Ukraynanın suverenliyini, müstəqiloiyini və özünə tərəfdaş seçmək azadlığını dəstəkləyir."
O deyib: “Biz kiminsə sizə və ya başqa ölkəyə kimi özünə tərəfdaş seçməli olduğunuzu diqtə etməyini qəbul etmirik”.

Ancaq «Azadlıq» radiosunun müxbiri Vitmor deyir ki, Bayden Amerikanın dəstəyinə şərt də qoya bilər: «Səfərin məqsədi ikidir. Bir tərəfdən, Obamanın Moskva səfərində Rusiya ilə münasibətlərdəki gərginlik azaldıldı, indi Bayden Ukrayna ilə Gürcüstanı əmin eləmək istəyir ki, buna baxmayaraq Amerika bu ölkələrin etibarlı tərəfdaşı olaraq qalır. O biri tərəfdən Bayden hər iki ölkəyə mesaj verəcək ki, Amerikanın tərəfdaşı olmaq öz üzərinə müəyyən məsuliyyət götürməkdir. Ukrayna üçün bu, enerji sektorunu islah eləməkdir, Gürcüstan üçünsə, bu şərt daha çox demokratik islahatdır».

Amerikanın vitse prezidenti Ukraynadan Gürcüstana iyulun 22-də yola düşəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG