Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:08

Yaponların mobil telefon paradoksu


Yaponlar öz mobil telefonlarına Qalapaqos sindromu adını verib

Yaponlar öz mobil telefonlarına Qalapaqos sindromu adını verib

Yaponların mobil telefonları daha nəyi bacarmır? Video konfrans keçirir, kredit kard kimi işləyir, təyyarəyə bilet rolunu oynayır, hətta bədəndə piyin miqdarını müəyyən eləyir və s.
Ancaq bu telefonları Londonda ya Nyu Yorkda tapa bilməzsiniz.

«Yaponiya mobil telefon texnologiyasında dünyanı illərlə qabaqlayır, ancaq bu biznesini ölkədən çox da qırağa çıxarda bilməyib»- bunu «Eurotechnology Japan» şirkətinin prezidenti Gerhard Fasol «İnternational Herald Tribune» qəzetinə deyib.

Yaponlar öz mobil telefonlarına hətta Qalapaqos sindromu adını verib. Qalapaqos adalarındakı kərtənkələ dünyadakı əmioğlularından nə qədər fərqlənirsə, yapon telefonları da dünyadakı telefonlardan o qədər fərqlənir. Və onları qıraqda görən yoxdur.

Dünya mobil telefon bazarında Yaponiyanın payının azlığı qəribədir. Çünki e-maili telefona birinci salan Yaponiyadır -1999-cu ildə. 2000-ci ildə Yaponiya ilk dəfə olaraq videokameralı telefon buraxdı, 2002-ci ildə Yaponiyada telefona istədiyin musiqini yaza bilərdin, 2005-ci ildəki mobil telefonda televiziyaya baxmaq ixtirası da Yaponiyanındır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG