Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:40

Hillari Klinton Tailanda səfər edib


ABŞ Dövlət Katibi Hillari Klinton Tailanda gedib, regional təhlükəsizlik konfransında iştirak edəcək.

Cənubi Asiya Dövlətləri Birliyinin regional forumu iyulun 21-də Phuket adasında başlayır. Şimali Koreyanın nüvə təhlükəsi, Myanmada insan haqlarının vəziyyəti və terror əsas müzakirə mövzuları olacaq.

Klinton Tailanda Hindistandan gəlib. İki tərəf arasında milyardlarla dollarlıq ABŞ hərbi sursatının və dinc məqsədli enerji texnologiyasının Hindistana ixracı ilə bağlı razılaşma əldə olunub.
XS
SM
MD
LG