Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:11

37 nəfəri gün vurub


Günvurma adətən gündüz saat 12 ilə axşam saat 5 arasında qeydə alınır

Günvurma adətən gündüz saat 12 ilə axşam saat 5 arasında qeydə alınır

İyulun 20-nə olan məlumata görə, 4 nəfəri gün vurub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev «Azadlıq» radiosuna belə deyib.

Onun sözlərinə görə, bununla da bu yay mövsümündə günvurma ilə bağlı müraciətlərin sayı 37-yə çatıb: «Dünən müraciət edənlərdən birinin vəziyyəti nisbətən ağır olduğundan xəstəxanaya yerləşdirilib. Ümumilikdə isə xəstəxanaya yerləşdirilənlərin sayı 9-dur».

Rauf Nağıyevin dediyinə görə, günvurma adətən gündüz saat 12 ilə axşam saat 5 arasında qeydə alınır. Ona görə də, bu saatlarda gün altında qalmağa məcbur olanlara məsləhət görülür ki, başlarını örtsünlər. Rauf Nağıyev bu saatlarda hətta çimərliklərdə də günəş vannası qəbul etməyin məsləhət olmadığını deyir.

Rauf Nağıyevin dediyinə görə, bu yay mövsümündə dənizdə boğulanların sayı isə 21 nəfərdir. Boğulanların 11 nəfəri ölüb, 8 nəfərinin isə vəziyyəti ağır olduğuna görə xəstəxanaya yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG