Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:06

Pakistanda 2 gündə 50-dən artıq yaraqlı öldürülüb


Pakistanın şimal-qərb rayonunda son iki gündə 50-dən artıq yaraqlı öldürülüb.
Bu barədə Pakistan ordusunun sözçüsü məlumat verib. Bildirib ki, əməliyyatların hədəfi Aşağı Dir rayonunda gizlənən yaraqlılar olub.

Əməliyyat vaxtı 3 əsgər də ölüb.

Hökumət qüvvələri aprelin sonlarından Talibana qarşı Buner və Aşağı Dir rayonlarında əməliyyat aparır.

Döyüşlər nəticəsində təxminən 2 milyon insan evindən didərgin düşüb, lakin ötən həftədən hökumət əhalini Buner və Svat dərəsinə geri göndərməyə başalyıb. Bildirilir ki, hər iki ərazi yaraqlılardan əsasən təmizlənib.
XS
SM
MD
LG