Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:24

«Gənclərin həbsi ifadə azadlığına pis xəbərdir»


Sərhədsiz Reportyorlar təşkilatı Emin Milli və Adnan Hacızadə barəsində məhkəmənin həbs qərarını qüvvədə saxlamasını pisləyib.

Təşkilat bildiri ki, «gənclərin həbsi qərarının heç bir əsası yoxdur və bu Azərbaycanın ifadə azadlığına pis xəbərdir».

Sərhədsiz Reportyorlar yenidən hökuməti siyasi səbəblərlə həbs olunan iki gənci təcili azadlığa
buraxmağa çağırıb.

Iyulun 20-də Apelyasiya məhkəməsində xuliqanlıqda ittiham olunan 2 bloqqerin işinə yenidən baxılıb, barələrində çıxarılan iki aylıq həbs-qətimkan tədbiri qüvvədə saxlanıb.

Hər iki gəncin vəkili bildirib ki, onlar Azərbaycanda bütün məhkəmə instansiyaları keçib Avropa İnsan Haqları Məhkəməsinə üz tutacaqlar.

Bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları gənclərin saxlanmasını pisləyib və onlara qarşı irəli sürülən ittihama inanmadıqlarını bəyan ediblər.

XS
SM
MD
LG