Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:53

IV ixtisas qrupu üzrə imtahanın nəticələri açıqlanıb


İyulun 20-də ali məktəblərə IV ixtisas qrupu üzrə keçirilən imtahanın nəticələri açıqlanıb. Məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yayıb.

İxtisas seçimi iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə «Abituriyent» jurnalının 4-cü sayında dərc olunub.

Ən yüksək nəticə göstərən abituriyent 695 bal yığıb.

IV ixtisas qrupu üzrə imtahanda 15218 abituriyent iştirak edib. Bu ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 3455-dir.

Günün bütün mövzuları

XS
SM
MD
LG