Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:46

İki istefaya çıxmış general məhkəmə qarşısına çıxarılıb


Türkiyədə hökumət əleyhinə sui-qəsddə ittiham olunan iki istefaya çıxmış general məhkəmə qarşısına çıxarılıb. Onlar «Ergenekon» adlı qruplaşmaya başçılıq etməkdə ittiham olunurlar. İddiaya görə, həmin qruplaşma hərbi çevriliş məqsədilə bir sıra partlayış və siyasi qətllər planlaşdırırmışlar. Bu iş üzrə məhkəmə artıq iki ildir ki, gedir. Digər 86 nəfər də məhkəməyə cəlb olunub, onların arasında jurnalist, yazıçı və alimlər də var.

Ölkə müxalifəti isə iddia edir ki, hakimiyyət bu işdən istifadə etməklə Türkiyədə dünyəvilik sisteminin tərəfdarlarını qorxudur.

XS
SM
MD
LG