Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:19

Əli Həsənov gənc fəalların həbsinə münasibət bildirib


Əli Həsənov: «Əlavə şərh vermək istəmirəm»

Əli Həsənov: «Əlavə şərh vermək istəmirəm»

«Azərbaycanda təəssüflər olsun ki, bəzən bu tipli aksiyaları siyasiləşdirir, şou düzəldir, sonra isə bundan Azərbaycan dövlətçiliyinə qarşı istifadə edirlər».

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Dövlət rəsmisi artıq gənclərin hansı şəraitdə və nəyə görə həbsi edilməsi ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin açıqlama verdiyini xatırladıb.

Ə. Həsənovun sözlərinə görə, işin bundan sonrakı gedişi haqında qərarı məhkəmə verməlidir: «Məhkəmənin qərarı olmadan, hadisələri bu şəkildə şişirtmək, siyasiləşdirmək, hadisələrə bu şəkildə qiymət vermək məhkəmə qərarlarına bu və ya digər şəkildə təzyiq və təsir kimi qiymətləndirilə bilər. Məhz bu baxımdan mən də əlavə şərh vermək istəmirəm. Məsələyə artıq lazımi orqanlar münasibət bildiriblər. Növbəti münasibət bildirəcək orqan məhkəmədir. Məhkəmənin qərarını gözləmək lazımdır. Yalnız məhkəmənin qərarından sonra hər hansı rəy vermək olar».

Gənc fəallar Adnan Hacızadə və Emin Milli xuliqanlıqda təqsirləndiriliblər və barələrində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları gənclərin saxlanmasını pisləyib və onlara qarşı irəli sürülən ittihama inanmadıqlarını bəyan ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG