Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:39

«NATO Rusiyaya qarşı çıxmır»


NATO-nun yeni Baş katibi seçilən Anders Foq Rasmussen deyib ki, o, tezliklə Moskvaya səfər edəcək, Rusiyanı inandıracaq ki, başçılıq etdiyi qurum bu ölkəyə qarşı çıxmır, münasibətləri daha da yaxşılaşdırmağa çalışır. Fransa qəzetlərindən birinə verdiyi müsahibəsində cənab Rasmussen onu da deyib ki, Rusiya oz qonşularına, xüsusən də Gürcüstana hörmətlə yanaşmalıdır.

NATO ilə Rusiya arasındakı münasibətlər Moskvanın ötən il Gürcüstandakı hərbi əməliyyatından sonra soyuq müharibə müstəvisinə keçib.

Anders Foq Rasmussen NATO-nun Baş katibi kimi vəzifəsinə avqustun 1-dən başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG