Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:45

İran Britaniya səfirliyinin son əməkdaşını da azad edib


İranda Britaniya səfirliyinin həbs edilmiş 9 yerli əməkdaşından sonuncu – Hüseyn Rəssam da azadlığa buraxılıb. O, prezident seçkisindən sonra ölkədə yaranmış iğtişaşı qızışdırmaqda ittiham olunurdu və 3 həftə idi ki, həbs olunmuşdu.

Hüseyn Rəssamın vəkili bildirib ki, onun zaminə buraxılması üçün 100 min dollar pul ödənib. Britaniyanın xarici işlər naziri Deyvid Milibənd bildirib ki, cənab Rəssamın həbsdən azad edilməsini alqışlayır, lakin onu da deyib ki, səfirlik əməkdaşlarının həbsi tamamilə əsassız olub.

Britaniya Tehrandakı səfirliyinin əməkdaşlarının ölkədəki iğtişaşları qızışdırmaqla bağlı İranın iddialarını rədd edir.

XS
SM
MD
LG