Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:34

AB üçlüyünün Azərbaycana səfəri başladı


Avropa Birliyinin nümayəndə heyətinin səfəri iyulun 16-da Gürcüstandan başlayıb

Avropa Birliyinin nümayəndə heyətinin səfəri iyulun 16-da Gürcüstandan başlayıb

İyulun 19-da Avropa Birliyi (AB) üçlüyünün Azərbaycana səfəri başlayıb. Nümayəndə heyətinə Avropa Birliyinin hazırkı sədri, İsveçin xarici işlər naziri Karl Bildt, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Birliyi şurası katibliyinin nümayəndəsi Paolo Barroso Simos, Avropa Komissiyasının təmsilçiləri Karel Kovanda və Con Kyaer də daxildir.

AB rəsmiləri Azərbaycan prezidenti İlham Əliyevlə, Xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək. Səfər zamanı qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən enerji, Dağlıq Qarabağ münaqişəsinin həlli, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərə dair məsələlər müzakirə ediləcək.

Nümayəndə heyətinin səfəri iyulun 16-da Gürcüstandan başlayıb.

İyulun 20-də Azərbaycanın dövlət rəsmiləri ilə görüşlər apardıqdan sonra üçlük Ermənistana gedəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG